Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıb

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinənlər saxlanılıb
16:01 25 Yanvar 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı şəhər sakini E.Həmidov Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edərək yanvarın 22-də “Ford” markalı avtomobilinə oturmuş 3 nəfərin ona bıçaqla hədə-qorxu gələrək nəqliyyat vasitəsinin açarlarını aldıqlarını, borclu olduğu 1000 manatı geri qaytardıqdan sonra verəcəklərini bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri D.Zülfüqarov və V.Əliyev müəyyən edilərək saxlanılıblar. Digər şəxsin tutulması üçün tədbirlər görülür.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3182434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR