Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək

Çindən Gürcüstana səfər edənlər koronavirusla bağlı yoxlanışdan keçiriləcək
17:07 25 Yanvar 2020
57 Digər
Ölkə mətbuatı
A- A+

"Tbilisi beynəlxalq hava limanında koronavirusla bağlı xüsusi yoxlamalar həyata keçiriləcək".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, Çindən Gürcüstana səfər edən bütün sərnişinlər xüsusi cihazlarla tibbi yoxlanışdan keçiriləcək: "Xüsusi diqqət yüksək risk zonalarından olan ziyarətçilərə yetiriləcək. Epidemioloji xidmət səfərbər olunub, həkimlər 24 saat iş rejimində fəaliyyət göstərirlər".

Xəbərin orijinal ünvanı: https://report.az/region/cinden-gurcustana-sefer-edenler-koronavirusla-bagli-yoxlanisdan-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR