Ərdoğan Elazığa getdi

Ərdoğan Elazığa getdi
17:22 25 Yanvar 2020
146 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR