Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Mais Məmmədovu həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, polis şöbəsində M.Məmmədovun üzərində axtarış aparılan zaman polietilen torbada 265 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində təhqiqat aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR