Balakəndə iki azyaşlı qaynar suda yandı

Balakəndə iki azyaşlı qaynar suda yandı
18:42 25 Yanvar 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Balakəndə iki azyaşlı qaynar suda yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yanvarın 24-ü axşam saatlarında rayonun Meşəşanbul kənd sakini, 2017-ci il təvəllüdlü Fatimə Sədrəddin qızı Koxayeva və Püştətala kənd sakini, 2017-ci il təvəllüdlü Şamil Musa oğlu Dikanayev yanıq xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı hər iki azyaşlının öz yaşadıqları ünvanda qaynar su olan qazana yıxılaraq yanıq xəsarətləri aldığı məlum olub.

F. Koxayevaya 1-2 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. 

Ş. Dikanayev isə 2-3 A dərəcəli termiki yanıq xəsarəti diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/820785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR