Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib

Azərbaycanda daha bir qoruğa milli qoruq statusu verilib
21:32 25 Yanvar 2020
49 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

"Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib.

Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/820815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR