Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə

Cəbəllütariqdə beynəlxalq şahmat festivalının “Masters” turnirinin beşinci turunun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti heç-heçəyə imza atıb. Beşinci turda onun təqibi argentinalı Fernando Peralta olub.

Komandamızın digər üzvü Vasif Durarbəyli isə çinli idmançı Hao Yanqın öhdəsindən gələ bilməyib. Beş turdan sonra hər iki şahmatçımızın aktivində 3,5 xal var.

Qeyd edək ki, “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR