Aşura ziyarəti ilə bəlanın çarəsi

Aşura ziyarəti ilə bəlanın çarəsi
23:57 25 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Şeyx Həsən Fərid Gülpayiqani, müəllimi Ayətullah Hairidən nəql edir ki, buyurmuşdu: "O zaman ki, Samirrada təhsil almaqla məşğul idim, Samirranın əhalisi vəba və taun xəstəliyinə tutuldular.

Bir gün müəlimim mərhum Seyyid Muhəmmədin evində idik, mərhum Ağa Mirzə Muhəmmədtəqi Şirazi gəldi və söhbət vəba haqqında düşdü.

Mərhum Mirzə buyurdu: "Əgər mən hökm versəm, onu yerinə yetirmək lazımlı olar, yoxsa yox?".

Məclisdə olan hamı təsdiq etdi ki, lazımlı olar.

Alim buyurdu: "Mən hökm edirəm ki, Samirrada olan Əhli-Beyt (ə) davamçıları bu gündən başlayaraq on gün ərzində Aşura ziyarətini oxusunlar. Savabını isə İmam Zaman ağanın (ə.f) anası xanım Nərcisə (s.ə) hədiyyə etsinlər".

Məclis əhli bu hökmü Əhli-Beyt (ə) davamçılarına çatdırdılar.

Hamı Aşura ziyarəti oxumaqla məşğul oldu.

Sabahı gündən Əhli-Beyt (ə) davamçılarından heç biri bu xəstəliyə düçar olmurdu. Ancaq əhli-təsənnün davamçıları bu xəstəlikdən tələf olurdular. Onların bəzisi tanışlarından soruşmuşdular ki, siz nə edirsiniz ki, bu xəstəlik sizdən yan keçir? Onlar da səbəbini söyləşmişdilər.

O gündən bəri əhli-təsənnün də bu ziyarəti oxumağa başlayır və ölənlərin sayı azalır.

O zamandan sonra nə vaxt başıma bəla gəlsə, onu dəf etmək üçün Aşura ziyarətini oxuyuram".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/819997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR