"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb

"Çelsi" İngiltərə kubokunun 1/8 finalına çıxıb
03:17 26 Yanvar 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə kubokunun 1/8 final matçında "Hall Siti" Londonun "Çelsini klubunu qəbul edib.
“Report” xəbər verir ki, görüş Kinqston-apon-Hallın "Kinqston Kommunikeyşn" stadionunda baş tutub və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı “Çelsi”nin hücumçusu Mişi Batşuayi açıb. O, 6-cı dəqiqədə rəqibin qapısından keçirib. İkinci hissənin ortalarında Fikayo Tomori London komandasının üstünlüyünü artırıb. Qarşılaşmanın 78-ci dəqiqəsində "Hall Siti"nin hücumçusu Kamil Qrosiski hesab arasındakı fərqi azaldıb.
Beləliklə “Çelsi” İngiltərə kubokunun 1/8 finalına çıxıb. “Hall Siti" turniri tərk edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/celsi-i-ngiltere-kubokunun-1-8-finalina-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR