"Heyət tam formalaşmayıb, amma yetərincə vaxtımız var" - Samir Əliyev

"Heyət tam formalaşmayıb, amma yetərincə vaxtımız var" - Samir Əliyev
08:03 26 Yanvar 2020
132 İdman
Ölkə mətbuatı
A- A+

"Bu il milli səviyyəsində ilk oyunumuzu keçirdik. Sevindirici haldır ki, qarşılaşmanı qol buraxmadan qələbə ilə başa vurduq. Yetərincə də qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan lazımınca istifadə edə bilmədik”.

Publika.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev bu gün Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığmasına qarşı keçirilmiş oyundan sonra “Affa.az”a açıqlamasında deyib.

“Vacib olan qələbə qazanmağımızdır. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra futbolçularda bir az yorğunluq var idi. Bununla belə, hər bir futbolçu özünü yaxşı tərəfdən göstərdi. Bir neçə oyunçudan razı qalsaq da, bəziləri hələ də öz üzərində işləməlidir”, - deyə o bildirib.

S.Əliyev qeyd edib ki, komandanın çatışmayan cəhətləri çoxdur: “Heyət tam formalaşmayıb. Amma yetərincə vaxtımız var. Əzmlə, istəklə çalışacağıq. Belə davam etsələr, istədiyimiz komandanı qura bilərik".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR