Çində koronavirusa 2 minə yaxın insan yoluxub, 56 NƏFƏR ÖLÜB

Çində koronavirusa 2 minə yaxın insan yoluxub, 56 NƏFƏR ÖLÜB
08:22 26 Yanvar 2020
36 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yeni bir növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 1975-ə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib.

Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Bildirilib ki, təxminən 2,7 min insan virusa yoluxmuş ola bilər, ancaq onların diaqnozu hələ təsdiqlənməmişdir.

Çində təxminən 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR