Koronavirusun ilk əlamətləri nədir?

Koronavirusun ilk əlamətləri nədir?
10:05 26 Yanvar 2020
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaponiyanın NHK telekanalı yeni növ koronavirusun ilk simptomlarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, infeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Ancaq sonrakı mərhələdə bu, hərarətin artması və öskürəyə gətirib çıxarır.

Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur.

Həkimlərin sözlərinə görə, yeni növ koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/820854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR