Əməkdar artist: "Sənə aidiyyatı olmayan insanla mahnı oxusan..."

Əməkdar artist: "Sənə aidiyyatı olmayan insanla mahnı oxusan..."
11:57 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Sevda Ələkbərzadə duet təkliflərindən imtina edib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV Maqazin" verilişinə açıqlamasında özünə uyğun duet ortağı tapa bilmədiyini deyib:

"Mənə yaraşan, ifama uyğun olan bir səs lazımdır ki, bizim duetimiz normal alınsın. Sənə aidiyyatı olmayan insanla mahnı oxusan, gülməli olar. Mənə duet oxumaq təklifi çox gəlib. Amma razılaşmamışam".

S.Ələkbərzadə yeni bəstə üzərində çalışır:

"Yeni mahnım Givi Usanaşvilidən gəlir. Bundan əvvəl də “İntro” albomunda bir çox mahnıları o etmişdi. Yeni mahnının sözləri özümə aiddir. Bassanova stilindədir. İnsanlara çox yaxın bir tərzdir. Yaz aylarında təqdim edəcəm".

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR