"Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım"

"Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım"
10:27 26 Yanvar 2020
109 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Çexiyanın "Siqma" (1:3) və Polşanın "Visla" (2:3) klublarına qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bunları söyləyib:

"Bu gün iki oyun keçirdik. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Bütün futbolçular demək olar, 90 dəqiqə meydanda oldular.

Hər iki komanda bizim üçün çox yaxşı rəqib oldu. Yaxşı pressinq edib, mübarizə aparırdılar. Bu amillər toplantının sonlarında çox vacib idi.

Görüşlərdən və futbolçuların oyunlara yanaşmasından razı qaldım. Bundan əlavə, hazırlığımız pis keçmədi. Düzdü, son bir neçə gündə yorğunluq var idi.

Futbolçularda daha çox psixoloji yorğunluq hiss edilirdi. Hər bir futbolçu ən yaxşısını etməyə çalışdı. Hazırlıqdan razı qaldım. Hələ tam istədiyimiz performansda deyilik.

Düşünürəm ki, Bakıda bunun davamını mütləq gətirəcəyik. Çempionata daha da yaxşı hazırlaşmaq üçün bir həftəyə yaxın vaxtımız var. Bu imkandan çalışıb, maksimum istifadə edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/820857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR