Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb
10:57 26 Yanvar 2020
148 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Naziri məlumat yayıb.

35 yaşlı X.N.  və 38 yaşlı N.Q. Kvemo-Kartli  Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alğfa-PVP (α-PVP) aşkarlanıb.

Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/820863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR