Messi şəxsi antirekordunu təkrarlayıb

Messi şəxsi antirekordunu təkrarlayıb
11:07 26 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Barselonanın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun "Valensiya" ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.
“Report” xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. “Kamp Nou”da "Deportivo" ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.
Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.
Hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, "Valensiya" turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/messi-sexsi-antirekordunu-tekrarlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR