Ərəb məşqçi millimizin futbolçusunu təriflədi

Ərəb məşqçi millimizin futbolçusunu təriflədi
11:12 26 Yanvar 2020
114 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş ərəb Əmirliklərinin "Bani Yas" klubunun məşqçisi Moataz Abdulla millimizin yarımmüdafiəçisi Riçard Almeydanın komandanın heyətindəki ilk oyununu dəyərləndirib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Əbu-Dabi təmsilçisində Vinfred Şeferin köməkçisi işləyən mütəxəssis braziliyalı futbolçunun çıxışından məmnun olduqlarını bildirib:

"Komandanın, xüsusən də gənc futbolçuların, eyni zamanda yeni transferimiz Riçard Almeydanın oyunundan razıyıq.

O, komandaya yeni qoşulub, məşqlərini davam etdirir. İnanırıq ki, qarşıdakı matçlarda oyunumuzda əhəmiyyətli dərəcədə yaxşılaşma olacaq".

Almeyda qış fasiləsində "Qarabağ"dan "Bani Yas"a keçib. O, artıq yeni komandasında debüt edib. Birləşmiş Ərəb Əmirllikləri çempionatının 13-cü turunun "Əl Nəsr"lə matçında (1:0) meydana çıxan yarımmüdafiəçi 79-cu dəqiqədə zədələndiyi üçün əvəzlənib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/820865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR