Azərbaycanlıların zəlzələ zonasından təxliyəsi başa çatır

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyəsi son mərhələdədir.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Ibrahim Məmmədov Metbuat.az-a bildirib ki, vətəndaşlarımızı Türkiyədən gətirən birinci və ikinci avtobuslar artıq Naxçıvan Muxtar Respublikasının hava limanına çatıb.

"84 nəfər vətəndaş burada istirahət edir, üçüncü avtobusu gözləyir. Üçüncü avtobus Sədərək gömrüyündən keçir. Orada 16 sərnişin var. Təxminən 1 saata onlar da Naxçıvan hava limanında olacaq. Bundan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Naxçıvana gələn xüsusi təyyarə reysi ilə vətəndaşlarımız Bakıya uçacaqlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR