Sumqayıtda 48 yaşlı qadın faciəvi şəkildə öldü

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR