İran Azərbaycanla elektron koridor üzrə müzakirələr aparır

İran Azərbaycanla elektron koridor üzrə müzakirələr aparır
14:36 26 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İran Azərbaycan və Gürcüstanla elektron koridor üzrə müzakirələr aparır.

Trend-in məlumatına görə, bunu İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və İranın Gömrük Administrasiyasının sədri Mehdi Mirəşrəfi mətbuat konfransında deyib.

M.Mirəşrəfinin sözlərinə görə, İran Şimal-Cənub Dəhlizinin elektronlaşması istiqamətində çalışır.

Mirəşrəfi əlavə edib ki, növbəti mərhələdə Rusiya və Hindistan da bu layihəyə əlavə olunacaq.

Nazir müavini bildirib ki, ötən iki il ərzində İran Azərbaycan və Türkiyə ilə E-TIR layihəsini icra edib.

İranın gömrük rəsmisi deyib ki, E-TIR konvensiyası şərqə doğru irəliləməkdədir. İran Şərq-Qərb dəhlizində yerləşdiyinə görə, bu konvensiyanın yaratdığı imkanlardan istifadə etmək üçün addımlar atıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3182604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR