Bakıda nadir tapıntı: bu nişanları bilən varmı? - FOTO

Bakıda nadir tapıntı: bu nişanları bilən varmı? - FOTO
11:57 17 Yanvar 2015
201 Sosial
Ölkə mətbuatı
A- A+

Parlament prospektində hələlik heç kimə məlum olmayan yol nişanları quraşdırılıb
Bakıda yeni qeyri-adi yol nişanlarına rast gəlmişik. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Bakının mərkəzi prospektlərindən birində - Parlament prospektində quraşdırılan bu lövhələr adi yol nişanları kimi tətbiq olunub. Amma nə ölkəmizin qanunvericiliyində, nə də yol nişanlarına dair beynəlxalq konvensiyada belə nişan yoxdur. Belə olan halda bu nədir və kimə lazımdır? Hər gün bu prospektdən dəfələrlə o yan-bu yana keçən müvafiq səlahiyyətli şəxslər bunu görmürlərmi? Bəlkə, biz məlumatsızıq, belə nişan doğrudanmı var? Bütün bunlara aydınlıq gətirmək üçün həmin prospektdə xidmət edən DYP əməkdaşlarından soruşuruq: cənab polislər, bu hansı nişandır və nəyi ifadə edir? Zəhmət deyilsə, bunu bizə də öyrədin.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR