Sabahdan seçki bülletenlərinin çapına başlanılacaq

Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılacaq.

Bu barədə Metbuat.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən bildirilib.

Seçki bülletenləri Milli Məclisin mətbəəsində çap olunacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR