Yaşlı insanların az yeməsi onları tez öldürür - Necə qidalanmalı?

Yaşlı insanların az yeməsi onları tez öldürür - Necə qidalanmalı?
19:47 26 Yanvar 2020
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaşlı insan, yəni 60-dan yuxarı şəxslər gündə 4-5-6 dəfə qida qəbul etməli, yeməklər arasında uzun fasilələr olmamalıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyanın Rospotrebnadzor qurumu vətəndaşların yaşlı vaxtı qidalanma qaydalarını açıqlayıb. Əgər insan xroniki xəstəliklərdən əziyyət çəkirsə, dietik qidalansa da, sutka ərzində az yox, 5-6 dəfə qida qəbul etməlidir.

Çünki az qidalanmaq orqanizmin enerji resursunu azaldır, bu da yaşlı insan üçün arzuolunmazdır.

Yaşlı insanlar heyvani yağlar, şəkər və xörək duzunu azaltmalıdır.

Lakin onun qidası tam, mineral, amin turşu, vitamin, liflərlə zəngin olmalıdır.
Yaşlı adamın daha çox dəmir, kalsium, kaliy, maqniy və sinkə ehtiyacı olur.

Orta energetik dəyər kişilərdə 2300, qadınlarda 2000 kkal olmalıdır.
Qida lifləri sutkada 30 qram olmalıdır. Bu miqdarı almaq üçün tərəvəz, meyvə, göyərti yemək lazımdır.

Karbohidratlar əsasən nişasta tərkibli olmalıdır, bitki mənşəli yağlar isə 50% -dən az olmamalıdır.

Bu rasion qanda xolesterin və qlükozanın azalmasına səbəb olur.

Eləcə də yaşlı insanlar yedikdən sonra çox oturub yatmamalı, gəzməli və fiziki aktiv olmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/817957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR