SON DƏQİQƏ: Hərbi hissədə DƏHŞƏT- Onlarla yüksək rütbəli hərbçi güllələndi

SON DƏQİQƏ: Hərbi hissədə DƏHŞƏT- Onlarla yüksək rütbəli hərbçi güllələndi
19:48 26 Yanvar 2020
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Malidə hərbi hissəyə irimiqyaslı hücum təşkil edilib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində aralarında yüksək rütbəli hərbçilər də olmaqla azı 20 əsgər həlak olub. Çox sayda yaralı var. Yerli mənbələrin məlumatına Sokolo şəhərində törədilən hücum zamanı hərbi hissənin ərazisindəki və ətrafda yerləşən binalara ciddi ziyan dəyib. Hücumda azı 10 silahlı iştirak edib. Onlar ağır silahlardan istifadə ediblər. Hadisədən sonra silahlılar aradan çıxmağa müvəffəq olublar.

Qanlı olayın hansı qruplaşma tərəfindən təşkil olunduğu məlum deyil. Hücumdan sonra əraziyə əlavə hərbi qüvvələr göndərilib. Silahlıların zərərsizləşdirilməsi üçün əməliyyatlar başlayıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/303006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR