Ərli qadının "seks fantaziyası" başına bəla oldu - FOTO

Samsunda evli və 1 uşaq anası olan gənc qadın fəhlə işləyən sevgilisini bağlayıb, öncə kəmərlə boğazını sıxıb, sonra ağacla döyüb.

Metbuat.az xəbər verir ki, döyülən 3 uşaq atası E.A.(37) xəstəxanaya çatdırılıb. E.A. ilk tibbi müdaxilədən sonra həyati təhlükəsi olduğu üçün başqa bir xəstəxanaya köçürülüb.

AYRILMAQ İSTƏDİ

İddiaya görə, evli və 1 uşaq anası S.T. (26) görüşdüyü E.A.-dan ayrılmaq istəyib, ancaq E.A. bu istəyi qəbul etməyib. E.A. təhdidlə gənc qadın ilə görüşüb. S.T. "fantaziyalı seks edək" deyə aldatdığı kişinin əllərini və gözlərini bağlayıb, sonra da kəmərlə boğazını sıxıb odun parçası ilə onu döyüb. Qadının xəbər verdiyi qardaşları və qardaşı oğlunun da olay yerinə gələrək E.A.-nı döydükləri iddia edilir.

Qadın, qardaşıları və qardaşı oğlu saxlanılıb. Qadın günahını etiraf etsə də, qohumları zərərçəkəni döymədiklərini deyiblər. (milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR