Hormonları balanslaşdırmağa kömək edən 6 məhsul

Hormonları balanslaşdırmağa kömək edən 6 məhsul
02:32 27 Yanvar 2020
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər hormonal balansın pozulmasının qarşısını almaq üçün rəfinə olunmuş qənd, alkoqol, trans yağlardan uzaq durmağı məsləhət görür. Kələm, qoz, kətan toxumu, sarıkök kimi digər məhsullar isə, əksinə, hormonları balanslaşdırmağa kömək edir.    

Milli.Az qafqazinfo-ya istinadən onların faydaları ilə sizi tanış edir:

Kələm

Kələmin müxtəlif növlərinin tərkibində indol-3-karbinol adlı spesifik birləşmələr var. Bu fitokimyəvi maddə antioksidant təsirə malikdir və orqanizmə estrogen artığını aradan qaldırmağa kömək edir. Bu maddənin qəbulunu çoxaltmaq üçün kələmi yeməmişdən əvvəl azacıq pörtmək lazımdır.

Giləmeyvələr

Moruq, qara qarağat və böyürtkən tərkiblərindəki az miqdarda karbohidrata görə qanda şəkərin səviyyəsini, bununla isə hormonları tənzimləməyə kömək edirlər.

Kətan toxumu

Kətan toxumu və yağının tərkibində estrogenin səviyyəsinə tənzimləyici təsir göstərən "liqnan" adlı maddə var.

Qoz

Qozun tərkibində olan turşu yağları beyin funksiyalarına yaxşı təsir göstərir. Qoz menopauza yaşayan qadınlar üçün faydalıdır.

Sarıkök

Ədva bir sıra hormonların sintez və aktivizasiyasına cavab verən qaraciyərin fəaliyyətini dəstəkləyir. Qadınlara sarıkök predmenstural sindrom vaxtı kömək edir, hormonal fondu normallaşdırır, klimaks dövründə əhvalı yaxşılaşdırır.

Moruq yarpağı

Moruq yarpağından çay orqanizmə qadın reproduktiv sistemini tənzimləməkdə kömək edir. Onun istifadəsi uşaqlığı möhkəmləndirir. Nəticədə qadınlar mensturasiya, doğuş və klimaksı daha rahat keçirir.  

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR