Mişel Obama “Qremmi” mükafatı alıb

Mişel Obama “Qremmi” mükafatı alıb
02:42 27 Yanvar 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının keçmiş birinci xanımı Mişel Obama “Qremmi” mükafatı alıb.
“Report” xəbər verir ki, Los-Ancelesdə nüfuzlu musiqi mükafatlarının 62-ci təqdimetmə mərasimində “Ən yaxşı danışıq albomu” nominasiyasında “Qremmi” mükafatı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişelə verilib.
Mişelin xatirələr kitabı 2018-ci ilin noyabr ayında nəşr olunub. Artıq ilk günlərdə nəşrin 1,4 milyondan çox nüsxəsi çap və rəqəmsal formada satılıb.
Peşəcə hüquqşünas olan 56 yaşlı Mişel Obama, 2009-2017-ci illərdə ABŞ-ın birinci xanım olub. 1992-ci ildə Barak Obama ilə ailə həyatı quran Mişelin bu izdivacdan iki qız övladı var. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/misel-obama-qremmi-mukafati-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR