Karateçimiz Parisdə qızıl medal qazandı

Karateçimiz Parisdə qızıl medal qazandı
03:08 27 Yanvar 2020
159 İdman
Ölkə mətbuatı
A- A+

Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska qızıl medal qazanıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək finala yüksəlib. Həlledici görüşdə misirli Feryal Abdelazezi məğlub edən İ.Zaretska Karate 1Premyer Liqa turnirinin qalibi olub.

Qeyd edək ki, karateçimiz Rafiz Həsənov (67 kq) yarışda bürünc medal qazanıb.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR