Gəncədə gözəllik salonu yanır

Gəncədə gözəllik salonu yanır
09:42 27 Yanvar 2020
50 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində gözəllik salonu yanır.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yanğın Gəncə şəhər Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxnlığında yerləşən gözəllik salonlarının birində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan olub-olmadığı barədə hələ ki, məlumat yoxdur.
Yanğının baş vermə səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-gozelik-salonu-yanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR