Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib

Azərbaycanda turizm obyektlərinin planlaşdırılması zamanı yeni şərtlər müəyyən edilib
09:52 27 Yanvar 2020
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda turizm sənayesi nümayəndələrinə turizm obyektlərinin planlaşdırılması zamanı bioloji müxtəlifliyin qorunmasıın təmin edilməsi tövsiyə olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu tövsiyə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycandakı turizm infrastrukturu obyektləri və turizm fəaliyyəti növlərini elə şəkildə planlaşdırmaq lazımdır ki, ekosistemlər və bioloji müxtəlifliyi təşkil edən təbii irsin qorunması təmin edilsin.

Bununla yanaşı, yoxa çıxmaq təhlükəsi altında olan vəhşi fauna və flora növləri mühafizə edilsin. Turizm prosesinin iştirakçıları və xüsusi olaraq, turizm sahəsinin peşəkarları təbii parklar və ya mühafizə olunan qoruqların yaradılması üçün münasib olan səhra zonaları, qütb və yüksək dağlıq rayonlar, sahil zonaları, tropik meşələr və rütubətli zonalarda həyata keçirilən fəaliyyətlə bağlı müəyyən məhdudiyyət və sərhədlərin müəyyən edilməsi ilə razılaşmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR