İranda daha bir sərnişin təyyarəsi qəzaya uğrayıb

Qəza ölkənin Xuzistan vilayətindəki Mahşəhr hava limanında baş verib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, səhər saat 7:30-da meydana gələn qəza nəticəsində ölən olmayıb. Təyyarə eniş zamanı zolaqdan çıxıb və avtomobil yoluna daxil olub.

Qeyd edək ki, bundan öncə yanvarın 8-də Ukraynaya məxsus sərnişin təyyarəsi Tehranda qəzaya uğramışdı. Nəticədə 176 nəfər həlak olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR