Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirildi:

Los Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib

Metbuat.az xəbər verir ki,Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib.

Film Los Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.

Sənədli filmin ssenari müəllifi Oubai Şahban, filmin rejissoru və prodüseri Ataxan Kərküklüdür.

Filmin nümayişinə həsr olunan tədbirdə , müxtəlif xarici ölkələrin baş konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının fəalları, həmçinin türk, yəhudi, pakistanlı, koreyalı və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsinin dəhşətləri haqqında

danışdı. Sonra tədbir iştirakçıları Qara Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş konsul , Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə faktları iştirakçıların diqqətinə çatdırıb.

O, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını bildirib.

N.Ağayev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini vurğulayıb.

Diplomat bu ədalətsizlik haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək peşəkarlıqla hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” sənədli filminin təqdirəlayiq olduğunu qeyd edib.

Sonra film nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Filmin ssenari müəllifi O.Şahbandar çıxış edərək, filmdə əks olunan hadisələr və çəkiliş prosesi haqqında ətraflı məlumat verdi.

Daha sonra O.Şahbandar və A.Kərküklü tədbir iştirakçılarının film və münaqişə ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR