Lənkəranda "Sağlam ailə - sağlam cəmiyyət" adlı layihə çərçivəsində tədbir keçirildi -

Lənkəranda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Sağlam ailə - sağlam cəmiyyət” adlı layihə çərçivəsində ,rayonun Nərimanabad qəsəbəsində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, Lənkəran şəhəri Liman qəsəbəsində “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Sağlam ailə- sağlam cəmiyyət” adlı layihə çərçivəsində cəmiyyətimizdə sağlam ailə modelinin qorunmasının vacibliyi önə çəkilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Liman “Cümə” məscidi dini icmasının sədri Vidadi Qurbanzadə, Nərimanabad qəsəbə tam orta məktəbinin direktoru Elmira Rzayeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı narkomaniya, erkən nikahlar və digər zərərli vərdişlərin ailə dəyərlərimiz üçün təhlükəli olduğu qeyd edilib.

Gənclərimizin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının zəruriliyi ilə bağlı fikirlər diqqətə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR