Bakı metrosunda həyəcan: Sərnişinlər vaqonlardan boşaldıldı -

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Metbuat.az xəbər verir ki , səhər saatlarında metronun "Gənclik”, "Ulduz” və "Nərimanov” stansiyalarında sərnişin sıxlığı yaranıb.

Eyni zamanda "Nərimanov” stansiyasında qatarda nasazlıq yaranıb və sərnişinlər vaqonlardan boşaldılıb.

Məsələ ilə əlaqədar açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər 7:35-də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.

Qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub.(baku ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR