Ata 1 yaşlı oğlunu öldürdü

Ata 1 yaşlı oğlunu öldürdü
12:22 27 Yanvar 2020
117 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kanyon-Siti (Kolorado) şəhərində dəhşətli hadisə baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, nəşənin təsiri altında olan 38 yaşlı İsaak Bullard bir yaşlı oğlu Cessi Bullardı maşına qoymağı unudaraq onun üstündən sürüb keçib. Uşağı əzdikdən bir müddət sonra onun maşında olmadığını görən ata dala qayıdıb.

İ.Bullard körpəsinin qan içində yerdə uzandığını görüb.

Özünü itirən ata uşağı yaxınlıqda yerləşən yanğınsöndürmə məntəqəsinə gətirib, lakin aldığı xəsarətlər nəticəsində uşaq keçinib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR