DİN bir ailənin məhv olduğu hadisə barədə məlumat yaydı

DİN bir ailənin məhv olduğu hadisə barədə məlumat yaydı
15:33 27 Yanvar 2020
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi dünən Muğanlı-İsmayıllı-Şəki yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sonuncu avtomobil aşıb.

Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölmüş, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirilmiş, Aysu orada ölüb.

Avtobusun sürücüsü şübhəli şəxs qismində saxlanılmışdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/303084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR