Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var

Bakı polisi əməliyyat keçirib, saxlanılanlar var
15:52 27 Yanvar 2020
45 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda evlərdən oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılıblar.
T.Cəfərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-polisi-emeliyyat-kecirib-saxlanilanlar-var27012020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR