SON DƏQİQƏ: Ankarada zəlzələ oldu

Türkiyənin Ankara şəhərində zəlzələ olub.

Metbuat.az türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Məlumata görə, Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olub. Zəlzələnin 5 kilometr dərinlikdə baş verdiyi təsdiqlənib.

Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii hadisə nəticəsində ölənlərin sayı 40-a çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR