"Qarabağ"ın ilk imtahanı - YENİLƏNİR

"Qarabağ"ın ilk imtahanı -   YENİLƏNİR
12:07 17 Yanvar 2015
120 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınayacaq.

Belə ki, "Qarabağ" "RNK Split"lə qarşılaşacaq. Oyunun start fiti Bakı vaхtı ilə saat 19.00-da çalınacaq.

Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.

"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
17 yanvar

19.00 Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-ilk-imtahan-t17538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR