Dünyanı yasa boğan qəzanın səbəbi bəlli oldu - VİDEO

Dünyanı yasa boğan qəzanın səbəbi bəlli oldu - VİDEO
17:28 27 Yanvar 2020
64 Digər
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur basketbolçu Kobe Brayantın da içərisində olduğu helikopterin qəzaya uğraması ilə bağlı ilkin versiyalar bəlli olub.

Publika.az xəbər verir ki, qəzanın əlverişsiz hava şəraiti (qatı duman) və pilotun səhvi ucbatından baş verdiyi bildirilir.

TMZ maqazin saytı qəzanın şahidləri və helikopterin bağlı olduğu Burbank Hava limanının məlumat mərkəzi ilə dialoqları dərc edib. İddiaya görə, qəza 15 dəqiqə ərzində baş verib. Qatı dumana rəğmən helikopter havaya qaldırılıb. Cənuba istiqamət götürən nəqliyyat vasitəsinin qəzaya uğramasının səbəbi isə pilotun xətası olub. Çünki bölgənin cənubunda dağ olub. Pilotun uçuş vasitəsini birdən-birə yüksəkliyə qaldırması qəzanı meydana çıxarıb və o, 298 km sürətlə yerə çırpılıb.

Helikopteri Ara Zobayan adlı erməni pilot idarə edirmiş.

Qeyd edək ki, Kaliforniyada baş verən qəza nəticəsində helikopterdə olan 8 sərnişin və pilot həlak olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/303103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR