Nazirlik hərəkətə keçdi - Vətəndaşlar Çindən çıxarılır

Nazirlik hərəkətə keçdi - Vətəndaşlar Çindən çıxarılır
17:53 27 Yanvar 2020
69 Digər
Ölkə mətbuatı
A- A+

Fransa ölümcül epidemiyanın yayıldığı Çinin Vuhan şəhərindəki bütün vətəndaşlarını ölkəyə geri qaytaracaq.

Publika.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Anyes Büzen açıqlayıb.

Nazir bildirib ki, fransızlar bu həftə ərzində təyyarə ilə şəhərdən çıxarılacaq və birbaşa ölkələrinə gətiriləcək. 14 gün yerli mütəxəssislərin nəzarətində saxlanacaq.

Büzen onu da qeyd edib ki, bu barədə Baş nazir Eduard Filipp xüsusi göstəriş verib.

Qeyd edək ki, Fransada 24 yanvardan bəri koronavirusa yoluxan 3 xəstə aşkarlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/303106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR