Gürcüstanda azərbaycanlı gənclərin yeni platforması dövlət qeydiyyatına alınıb

Gürcüstanda azərbaycanlı gənclərin yeni platforması dövlət qeydiyyatına alınıb
20:07 27 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda azərbaycanlı gənclərin yaratdığı “Salam” adlı dəstək qrupu təşkilat kimi rəsmi qeydiyyata alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə təşkilatın təsisçiləri məlumat yayıb.
Təşkilat Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyində “Salam Platforması” adı altında, qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçib.
“Salam” qrup olaraq ötən ilin oktyabrında Qardabanidən olan və erkən nikaha qarşı çıxdığına görə ictimai qınaqla üzləşən gənc müəllim Həmid Sadıxa dəstək məqsədilə yaradılıb.
“Salam” platformasında fəal azərbaycanlı gənclər təmsil olunurlar. Təşkilat bu vaxta qədər bir sıra tədbirlər, görüşlər və yürüşlər təşkil etməklə Gürcüstan ictimaiyyətinin diqqətini cəlb edə bilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-azerbaycanli-genclerin-yeni-platformasi-dovlet-qeydiyyatina-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR