"Qarabağ" italiyalı hücumçuya təklif yollayıb

"Qarabağ" italiyalı hücumçuya təklif yollayıb
20:27 27 Yanvar 2020
152 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" İtaliyanın B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Panikonun transferi üçün qarşı tərəfə təklif yollayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Ağdam klubu ilə yanaşı 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Xəbərdə Panikonun mövsümün sonuna qədər "Çittadella"da qalmaq fikrində olduğu vurğulanıb. Bu səbəbdən də onun "Qarabağ"a keçmək ehtimalı aşağıdır.

Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/821187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR