Gürcüstanda gözlənilməz İSTEFA

Gürcüstanda gözlənilməz İSTEFA
00:43 28 Yanvar 2020
112 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoriya istefa verib.

Publika.az xəbər verir ki, bu barədə o özü “Post” televiziyasına açıqlamasında bildirib. İzoriyanın sözlərinə görə, o istefa ərizəsini Baş nazirə artıq təqdim edib. İzoria bundan sonra Gürcüstanın Almaniyadakı səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, İzoria 2016-2019-cu illərdə Müdafiə naziri işləyib. Ötən il isə o, Kəşfiyyat Xidmətinə rəhbər və Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/303124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR