Azərbaycan qurudulmuş xurma ixrac edəcək

Azərbaycan qurudulmuş xurma ixrac edəcək
08:01 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Quru meyvələrin istehsalı və ixracı ilə məşğul olan “Dadlı Naxçıvan məhsulları” şirkəti region ölkələrinə və Avropaya quru meyvə ixracına hazırlaşır.

Bunu Trend-ə şirkətin təsisçisi Emin Tarverdiyev deyib.

Onun sözlərinə görə, Rusiya bazarına və Polşaya ixrac gözlənilir:

“Xarici tərəfdaşlarla danışıqlar aparılır, tədarüklərin həcmi və müddəti müəyyənləşdirilir. Biz artıq Polşaya qurudulmuş xurma ixracı ilə bağlı müraciət almışıq. Bu ildən bu bazara ixracı işə salmağı planlaşdırırıq. Rusiya bazarında da məhsulumuza böyük tələbat var. Hazırda müəssisəmizdə quru meyvə istehsalı gündəlik təxminən 1 ton təşkil edir. Gələn ildən bu göstəricini 1,5-2 tonadək artırmağı planlaşdırırıq”.

O qeyd edib ki, ötən il şirkət 50 tona yaxın məhsul istehsal edib:

“İstehsal olunan məhsulun böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub. Biz qurudulmuş alma və xurma ixracının həcmlərini artırmaq niyyətindəyik, çünki bu məhsullara həm daxili, həm də xarici bazarda daha böyük tələbat var”.

E.Tarverdiyev bildirib ki, şirkətin Naxçıvanda mağazalar şəbəkəsi var, bundan başqa, Bakıda və ölkənin digər şəhərlərində yeni mağazaların açılması planlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3183125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR