Bu gün AFFA rəhbərliyinə seçki keçiriləcək

Bu gün AFFA rəhbərliyinə seçki keçiriləcək
08:02 28 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə seçki keçiriləcək.
“Report” xəbər verir ki, AFFA nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev növbəti konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Zaur Axundov – “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev – “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-affa-rehberliyine-secki-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR