OnePlus 8 Pro naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək

OnePlus 8 Pro naqilsiz şarj texnologiyasını da dəstəkləyəcək
08:37 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

OnePlus şirkətinin bir sonrakı flaqman ailəsi OnePlus 8 ilə bağlı yeni xəbərlər gəlməyə davam edir. May ayında çıxması planlanan OnePlus 8 Pro modelində naqilsiz şarj texnologiyasının olacağı deyilir. Bu haqda All About Samsung editorlarından biri olan Max J, Twitter üzərindən şəkil paylaşaraq məlumat verib. Şəkildə naqilsiz şarj cihazının üzərində OnePlus 8 Pro modeli görünür.

Milli.Az technote.az-a istinadən bildirir ki, OnePlus 8 Pro modelində naqilsiz şarj texnologiyasından istifadə ediləcək.

Digər tərəfdən şirkətin OnePlus 8 və 8 Lite modellərində bu texnologiyanın olub-olmayacağı bəlli deyil. Qeyd edək ki, OnePlus şirkəti əslində bu texnologiyanı lazımsız hesab edirdi və boşu-boşuna cihazların qiymətini artıracağını düşünürdülər. O səbəbdən OnePlus modellərində naqilsiz şarj istifadə olunmurdu. Həmçinin nəzərə alsaq ki, şirkət hər il flaqman modellərinin qiymətlərini artırmağa davam edir, o zaman OnePlus 8 Pro modelinin çox da ucuz olmayacağını deyə bilərik.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR