İranda avtobus aşdı - 18 nəfər yaralandı

Səhər saatlarında İranın İsfahan vilayətində Tehran-Şiraz avtobusu aşıb.

Metbuat.az- ın məlumatına görə , bunu İranın İsfahan vilayətinin fövqəladə hallar və təcili yardım üzrə idarəsinin müdiri Qəfur Rastin deyib.

Q.Rastin bildirib ki, səhər saat 4:40-da qeydə alınan qəza nəticəsində 9 nəfər həlak olub.

Rastin qəzada 18 nəfər də yaralandığını bildirib və əlavə edib ki, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəbin sürücünün yuxulu olması göstərilir.(trend.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR