"Arsenal"ın futbolçusu meydanı xərəkdə tərk edib

"Arsenal"ın futbolçusu meydanı xərəkdə tərk edib
09:22 28 Yanvar 2020
46 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İngiltərə kubokunun 1/16 finalı çərçivəsində səfərdə "Bornmut"un qonağı olan "Arsenal" klubu ciddi itki ilə üzləşib.
"Report"un məlumatına görə, London təmsilçisinin futbolçusu Şkodran Mustafi matçın 58-ci dəqiqəsində zədələnib.
Komandasının qapıçısı Damian Martineslə toqquşmada zədə alan almaniyalı müdafiəçi oyunu davam etdirə bilməyib. 28 yaşlı futbolçu meydanı xərəkdə tərk etməli olub. Oyun isə "Arsenal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Mustafi 2016-cı ildə "Valensiya"dan "Arsenal"a transfer olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-i-ngiltere-kubokunun-1-16-finalinda-seferde-bornmut-un

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR