Kobi Brayantın ölümü illər əvvəl "Simpsonlar"da - VİDEO

Kobi Brayantın ölümü illər əvvəl "Simpsonlar"da - VİDEO
09:47 28 Yanvar 2020
222 Dünya
Ölkə mətbuatı
A- A+

Əfsanəvi basketbolçunun hansı şəraitdə öləcəyi illər əvvəl proqnozlaşdırılıb.

Milli.Az xəbər verir ki, bir neçə mühüm hadisənin əvvəldən proqnozlaşdırıldığı məşhur "The Simpsons" (Simpsonlar) cizgi filmində bunun da anonsu verilib.

İllər əvvəl çəkilən ekran işində basketbolçunun helikopter qəzasında öldüyü kadrlar yer alıb.

Xatırladaq ki, Kobi Brayant 13 yaşlı qızı Cianna ilə basketbol oyunu izləmək üçün mindikləri helikopterlə güclü duman səbəbindən qəzaya düşüblər. İddiaya görə, pilot 15 dəqiqə havada dövrə vurub. Daha sonra 171 fut məsafədə 298 km sürətlə dağa çırpılıb.

Los-Anceles polisinin açıqlamasına görə isə helikopterdə ümumilikdə 9 nəfər olub. Helikopter yerə düşdükdən sonra alovlanıb: "Hadisə yerinə çatmaq üçün 8 dəqiqə və yanğını söndürmək üçün 1 saat vaxt lazım oldu. Helikopterdə 9 nəfər var idi. Pilot və əlavə 8 nəfər".

Bəxtiyar Umarlı
Milli.Az

 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/821267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR